Axtarışa verilən 4 nəfər saxlanılıb

25 Mart 2023 10:52 (UTC+04:00)

Martın 24-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, gün ərzində axtarışda olduğuna görə ümumilikdə 18, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.