Rusiyalı prodüser İosif Priqojinin böyük qızı Danya taksi işlətməyə başlayıb. Bu barədə şəxsi bloqunda yazan xanım, bunu məcburiyyətdən etdiyini bildirib.
Qeyd edək ki, yaxınlarda analıq məzuniyyətindən qayıdan Danya ərinin zədə səbəbindən reabilitasiya olunduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Danya əri yıxılaraq beyin silkəsi və çoxsaylı qançırlar alıb.
Bundan sonra Danya ərinin xəstəlik məzuniyyəti üçün müraciət etməsini təkid edib.
O, həmçinin taksi sürməyinin müvəqqəti olduğunu və geniş əndamlı model kimi çəkilişlərə davam etdiyini də bildirib.
Yeri gəlmişkən xatırladaq ki, prodüserin qızı ötən ilin yazında ailə həyatı qurub. Yevgeni Agirov onun seçilmişi olub. Cütlüyün ilk övladı avqust ayında dünyaya gəlib. Körpəyə Daniel adı verilib.
Nazlı Almuradova