"Beşiktaş"da Dele Alli şoku

24 Mart 2023 20:25 (UTC+04:00)

"Beşiktaş"ın futbolçusu Dele Alli əzələ yırtığı şübhəsi səbəbi ilə komandanın bugünkü məşqinə qatılmayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, ingilis hücumçunun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Superliqasının növbəti turunda aprelin 2-i "Fənərbaxça"nın qonağı olacaq.