Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 71 avtomobili maneəsiz keçib

24 Mart 2023 17:59 (UTC+04:00)

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. SİA xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər aksiya keçirilən yolda maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 71-ə çatıb.