Quterreş Avropa İttifaqına üzv dövlətlərin sammiti qatılıb

24 Mart 2023 17:44 (UTC+04:00)

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal məsələlərdə birgə işləmək mövzusunda qətiyyətli olduqlarını vurğuladı.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa İttifaqı Şurası BMT-nin baş katibi Antonio Quterreşin qatıldığı Avropa İttifaqı Liderlər Sammiti ilə bağlı bəyanat yayıb.

Bəyanata görə, BMT və Avropa İttifaqı cari aktual qlobal çağırışların həlli üçün əməkdaşlığın vacibliyini vurğuladılar.

Tərəflər sülhsevər, ədalətli və davamlı dünya üçün daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tərəflər Rusiyanın Ukraynaya qarşı apardığı müharibə davam edərkən Aİ ölkələrinin BMT Nizamnaməsinə və prinsiplərinə sadiq olduqlarını vurğulayıb və Rusiyanı dərhal və qeyd-şərtsiz Ukraynadan çıxmağa çağırıb.

''Taxıl dəhlizi'' məsələsini müzakirə edən tərəflər bunun Aİ-nin ərzaq təhlükəsizliyi ilə bağlı öz təşəbbüsləri ilə yanaşı, bu mövzuda da təsirli olduğunu vurğuladılar.

İqlim dəyişikliyi, hava çirkliliyi və biomüxtəlifliyin itkisindən ibarət böhran qarşısında karbon emissiyalarının azaldılmasının sürətləndirilməsinin və təbiətə əsaslanan həllərin təşviqinin aktuallığını müzakirə edən tərəflər başsa böyük iqtisadiyyatlar olmaqla bütün maraqlı tərəfləri COP28 üçün müəyyən edilmiş töhfələrini yenidən nəzərdən keçirməyə və gücləndirməyə çağırıblar.