Laçın-Xankəndi yolunda aksiya iştirakçıları dünya ictimaiyyətinə çağırış edir

24 Mart 2023 17:11 (UTC+04:00)

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasında canlanma müşahidə olunub. SİA xəbər verir ki, toplanış yerində etirazçıların tələbləri dəyişməz olaraq qalır.

Hazırda ekofəallar və gənc könüllülər Laçın-Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları bildirib ki, Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazidə hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir.

Aksiya ötən ilin dekabrın 12-dən etibarən başlayıb və 83 gündür davam etdirilir.