Türk Hava Yolları Fransadakı tətilə görə qarşılıqlı reyslərini ləğv edib

24 Mart 2023 16:29 (UTC+04:00)

Türk Hava Yolları Fransada tətil səbəbiylə 24-25 mart tarixlərində qarşılıqlı olması planlaşdırılan Lyon-İstanbul reyslərinin ləğv edildiyini açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türk Hava Yolları nin mətbuat xidmətindən verilən məlumata görə, bu gün həyata keçirilməsi planlaşdırılan İstanbul-Lyon və Lion-İstanbul, sabah isə AnadoluJet-in Sabiha Gökçen-Lyon və Lyon-Sabiha Gökçen reysləri Fransada tətil səbəbiylə ləğv edilib.

Türk Hava Yolları ayrıca Almaniyanın Münhen şəhərində baş tutacaq tətillə əlaqədar 26 mart bazar günü İstanbuldan bu şəhərə bütün uçuşları ləğv edib.