Azərbaycan cüdoçusu finala yüksəlib - YENİLƏNİB

24 Mart 2023 14:44 (UTC+04:00)

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə finala yüksəlib. SİA-nın verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Kanat Seilkhana ipponla qalib gəlib.

Bayramov qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq