Seda Sayan eşitmə qabiliyyətini itirib

24 Mart 2023 13:00 (UTC+04:00)

Türkiyəli müğənni Seda Sayan eşitmə qabiliyyətini itirib

SİA türk mətbuatına istinadən xəbər verir ki, sənətçinin son vaxtlarda qatıldığı dəvətlərdə və çəkdirdiyi fotolarda hər iki qulağında eşitmə cihazı olması diqqətdən yayınmayıb.

Sənətçinin verilişdə davamlı olaraq qulaqcıq taxdığı üçün eşitmə qabiliyyətini itirməyə başladığı və bu səbəbdən əməliyyat keçirdiyi üzə çıxıb.

Peşə xəstəliyi adlandırılan bu vəziyyətə görə tədbir görən Sayanın izdihamlı yerlərə gedərkən eşitmə cihazı taxdığı öyrənilib.