Bu il Azərbaycanda tikintiyə yönəldilən investisiyaların həcmi kəskin artıb

24 Mart 2023 12:45 (UTC+04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti sektoruna yönəldilən investisiyaların həcmi 1 milyard 626.4 milyon manat təşkil edib.

SİA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 93.7% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında yaşayış evlərinin tikintisinə 112.9 milyon manat yönəldilib və ümumi sahəsi 255.6 min kvadrat metr yaşayış evləri istifadəyə verilib.

Xatırladaq ki, hesabat dövründə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 72,1%-ni tikinti, yenidənqurma və genişləndirmə, 16%-ni əsaslı təmir, 8%-ni cari təmir, 3,9%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,3%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.