Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Tbilisidə səfərdə olan Almaniyanın xarici işlər naziri Analena Berbokla görüşüb.
SİA-nın məlumatına görə, Gürcüstan Xarici İşlər Nazirliyində davam edən görüşdən sonra mətbuata birgə açıqlama veriləcək.
Qeyd edək ki, Analena Berbok artıq Gürcüstanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib.
O, Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili və Prezidenti Salome Zurabişvili ilə də görüşlər planlaşdırıb.