Avtomobilin vurduğu piyada xəstəxanada ölüb

24 Mart 2023 11:20 (UTC+04:00)

Bərdə rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

SİA xəbər verir ki, martın 22-də 1994-cü il təvəllüdlü İsmayıl Ərşadlı idarə etdiyi “Khazar SD” minik markalı avtomobillə rayonun Alpoud kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun 8-ci kilometrliyində öz hərəkət zolağında piyada Bərdə rayonu, Yeni Əyricə kənd sakini 1997-ci il təvəllüdlü İsrayıl Əmirovu vurub.

Sonuncu aldığı bədən xəsarətlərindən martın 23-də Bərdə Müalicə və Diaqnostika Mərkəzində ölüb.

Faktla bağlı Bərdə RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.