Rusiyada zavodda yanğın başlayıb

24 Mart 2023 11:10 (UTC+04:00)

Rusiyanın Aramil şəhərində zavodda yanğın başlayıb. SİA xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Yanğın 3 min kvadratmetr ərazini əhatə edir.

İtkilər barədə məlumat verilməyib.

Hadisənin səbəbi məlum deyil.