Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.
SİA-nın məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi deyib.
H.Məhbubinin sözlərinə görə, 8 nəfər uçqunlar altında qaldığı, qalanı isə zəlzələdən qorxaraq qaçdığı üçün xəsarət alıb.
O, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.
Qeyd edək ki, bu gün Xoy rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.