Bakıda 15 yaşlı qız itkin düşüb

24 Mart 2023 10:57 (UTC+04:00)

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan 15 yaşlı qız itkin düşüb.

SİA-nın xəbərinə görə, bu barədə onun anası Nailə Hüsyenova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verib.

O bildirib ki, 2008-ci il təvəllüdlü övladı Hüseynova Gülnarə Mirəli qızı martın 22-də xəbərsiz itkin düşüb.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PB-də araşdırma aparılır.