Mask Baydeni ələ saldı

24 Mart 2023 08:44 (UTC+04:00)

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni troll ayıb. SİA-nın məlumatına görə, “Twitter” sahibi bunu özünün sosial şəbəkə hesabından həyata keçirib.

Belə ki, Ağ Ev rəhbəri çıxışı zamanı iqlim dəyişikliyi ilə mübarizədəki uğurundan danışıb.

Mask isə bu çıxışa - “Hmm... banklar əriyir”, - deyə reaksiya verib. O, bu yolla ABŞ-də bir neçə kredit təşkilatının iflasına işarə edib.

Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan “Silikon Valley Bank”ın cəmi iki günə iflasa uğradığı məlum olub. Ardınca oxşar səhm portfelinə malik “Signature Bank” da bağlanıb.