İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

24 Mart 2023 07:54 (UTC+04:00)

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,6 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss edilib.