Özbəkistanda nəhəng şaurma hazırlandı

24 Mart 2023 06:22 (UTC+04:00)

Özbəkistan Nəməngan şəhərində Novruz bayramı münasibətilə rekord uzunluqda şaurma hazırlanıb. SİA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. Bildirilir ki, ləziz təam üçün 80 metrlik lavaşın içinə 80 kiloqram ət, 40 kiloqram pomidor-xiyar, 15 kiloqram kartof əlavə edilib. Nəticədə şaurma 160 kiloqram çəkiyə çatıb.

O da vurğulanıb ki, 80 metr uzunluq - özbək lavaşları üçün rekorddur. Bundan əvvəlki rekord Daşkənddə hazırlanmış 31,5 metrlik lavaşlara aid idi.