Fransız etirazçılar Bordo şəhər meriyasını yandırıblar

24 Mart 2023 02:20 (UTC+04:00)

Fransız etirazçılar Bordo şəhər meriyasını yandırıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilərə yanğınsöndürənlər və xilasedicilər də qoşulublar. Fransanın böyük şəhərləri hələ də alov içərisindədir. İnsanlar avtomobilləri, velosipedləri, zibillikləri və s. obyekt və yerləri yandırırlar. Qurbanların sayı barədə hələlik məlumat yoxdur. Onlarla nümayişçinin həbs olunduğu bildirilir.

Ölkə sakinləri baş verənləri sosial şəbəkələrdə paylaşaraq Fransanın müharibə zonasına çevrildiyini qeyd edirlər.