Mahsun Kırmızıgül 18 ildən sonra Londona gedir

24 Mart 2023 01:44 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül 18 ildən sonra İngiltərədə konsert vermək üçün Londona gedir. SİA "Haber Global"a istinadən xəbər verir ki, müğənni mayın 10-da məşhur "Royal Albert Hall"da səhnəyə çıxacaq.

Qeyd edək ki, yerli mətbuatda biletlərin çox sayda satıldığı bildirilir.