Ronaldu milli komanda heyətində oyun sayına görə rekord qırıb

24 Mart 2023 00:50 (UTC+04:00)

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu milli komandaların heyətində ən çox oyun keçirmək üzrə rekorda imza atıb. SİA "Squawka”ya istinadən xəbər verir ki, Almaniyada keçiriləcək AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya və Lixtenşteyn yığmaları arasında keçirilən görüş hücumçu üçün beynəlxalq səviyyədə karyerasında 197-ci olub.

Bu göstəriciyə görə o, dünya rekordçusu olub.

Ronaldu millidə meydana çıxma sayına görə Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub. Milli komanda üçün oyunların sayında ilk üç rekordçu 195 görüş keçirən malayziyalı So Çin Enn ilə bağlıdır.