“TikTok” ABŞ üçün təhlükəlidirmi?

24 Mart 2023 00:48 (UTC+04:00)

Ağ Ev “TikTok” sosial şəbəkəsini ölkənin milli təhlükəsizliyinə təhdid hesab edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxışı zamanı o, “TikTok”un “bu və ya digər şəkildə bitməli olduğunu” vurğulayıb.