"Türkiyə modernləşdirilmiş "F-16" qırıcıları almalıdır"

24 Mart 2023 00:37 (UTC+04:00)

Türkiyə ABŞ-ın modernləşdirilmiş F-16 qırıcılarını almalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Entoni Blinken Konqresdə keçirilən iclasda deyib.

“Biz hesab edirik ki, bu, NATO, ümumilikdə bütün alyans üçün vacibdir” – Blinken vurğulayıb.