Stiven Siqal Moskvada şəxsi şirkət təsis edib

24 Mart 2023 00:14 (UTC+04:00)

Bu arada amerikalı aktyor, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqal oğlu Dominiklə birlikdə ölkədə “Beş element” şirkətini təsis edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarına istinadən xəbər verir.

Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə əsasən, bu adla məhdud məsuliyyətli cəmiyyət martın 22-də dövlət qeydiyyatına alınıb. Sənəddə qeyd olunur ki, şirkət uşaq qidası üçün içməli su və sərinləşdirici içkilərin istehsalı üzrə ixtisaslaşıb. Hüquqi şəxsin ünvanı Moskvanın Matrosskaya Tişina küçəsindəki binadır.

Qeyd edək ki, Stiven Siqal Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru kimi qeyd olunub.

Onu da qeyd edək ki, o və oğlunun hər birinin “Beş element”də 50 faiz payı var.

Yeri gəlmişkən xatırladaq ki, Siqalın oğlu Dominik Sank Rokko Siqal da atası kimi, Rusiya vətəndaşıdır.

Xatırladaq ki, prezident Vladimir Putin Siqala Rusiya vətəndaşlığını 2016-cı ildə verib.

2018-ci ildə isə Segal fərdi sahibkar kimi qeydiyyatdan keçib.

Ağasəf Babayev