Priqojinin ruslar üçün elə də yaxşı olmayan etirafları

24 Mart 2023 00:01 (UTC+04:00)

"Vaqner” PMC-nin lideri Yevgeni Priqojin xəritədə Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində Baxmut yaxınlığında onun muzdlularını necə mühasirəyə alacağını, sonra isə Donbasın digər şəhərlərini işğaldan azad etməyə necə gedəcəyini ətraflı göstərib.

SİA-nın əldə etdiyi məlumata görə, rus təbliğatçısı ilə söhbətində Priqojin, Ukrayna Silahlı Qüvvələrinin planlarından danışıb. O, xəritəni açaraq Ukrayna qüvvələrinin harada cəmləşdiyini və “Vaqner” bölmələrini tam olaraq necə əhatə edəcəklərini göstərib.

Ukraynalıların əsas vəzifəsinun “Vaqner” PMC-nin bölmələrini əhatə etməkdir, deyən Priqojin, bundan sonra Ukrayna Silahlı Qüvvələri bir neçə qrupda Donbası azad etmək üçün hücuma keçəcəklərini bildirib.

Priqojinin sözlərinə görə, Zaporojye istiqamətində yaradılacaq Ukrayna Silahlı Qüvvələri Krımın qarşısını kəsərək və Mariupolu azad edəcək.

Bu arada Baxmutun müdafiəsinin bütün cəbhədəki sabitliyin açarı olduğunu deyən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ordusunun planlarının təfərrüatlarına varmayıb.

Ağasəf Babayev