İspaniya və İsveç Ukraynaya hərbi yardım göstərəcək

23 Mart 2023 23:56 (UTC+04:00)

İsveç parlamenti Ukraynaya 6,2 milyard kron (yarım milyard avrodan çox) məbləğində yeni hərbi yardım paketini təsdiqləyib. Bu vəsait səkkiz “Archer” özüyeriyən artilleriya qurğusuna, 10 “Leopard-2” tankına, eləcə də yüngül tank əleyhinə silahlara xərclənəcək.

SİA-nın əldə etdiyi məlumata görə, parlament ölkənin hərbi büdcəsinin artırılmasını da təsdiqləyib.

Yeri gəlmişkən, cümə axşamı İspaniyanın Ukraynaya tankların ilk partiyasını göndərməyə hazırlaşdığı məlum olub Deyilənlərə görə, Ukraynaya göndəriləcək altı “Leopard 2” bütün lazımi sınaqlardan keçib və gələn həftənin sonuna kimi təhvil veriləcək.

Əli Babayev