Rusiyalı qubernatorun oğlu İtaliyada ev dustaqlığından qaçıb

23 Mart 2023 21:36 (UTC+04:00)

Rusiyalı iş adamı və Krasnoyarsk diyarının qubernatoru Artyom Ussun oğlu İtaliyada ev dustaqlığından qaçıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri İtaliyanın “La Stampa” nəşri və ANSA agentliyi yayıb. Beləliklə, yerli KİV-lərin yazdığına görə, oğul Uss üstündə gəzdidiyi elektron qolbağını sındırıb və karabineri (italyan polisi-A.B.) ora gələnə qədər Milanda yerləşən mənzilindən qaçıb.

Amma bu məlumatın rəsmi təsdiqinin olmadığı da bildirilir.

Qeyd edək ki, martın 21-də Milan Apellyasiya Məhkəməsi Ussun ABŞ-a ekstradisiyasını təsdiqləmişdi. Orada o, sanksiyalar rejimindən yayınaraq elektronika və Venesuela nefti tədarük etməkdə, çirkli pulların yuyulmasında və bank fırıldaqlarında ittiham olunurdu.

Vaşinqton, Ussun şirkətlərinin elektronika alıb Rusiyaya sanksiya siyahısında olan istehsalçılara göndərdiyini iddia edir. O da qeyd edilir ki, burada söhbət Rusiya qırıcılarında, raket sistemlərində, idarə olunan hərbi sursatlarda, radarlarda, eləcə də peyklərdə istifadə olunan müasir yarımkeçiricilərdən, mikroprosessorlardan gedir.

Amma Uss bu ittihamları rədd edərək, onun Rusiyaya ekstradisiyasını xahiş edir.

Ağasəf Babayev