Finlandiya NATO-ya üzvlük haqqında qanunlar imzalayıb

23 Mart 2023 17:46 (UTC+04:00)

Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya üzv olması haqqında qanunları imzalayıb. SİA xəbər verir ki, sənədlərin imzalanmasından sonra Finlandiyanın təşkilata üzvlüyünün rəsmi səviyyədə tanınması başa çatıb.

Türkiyə və Macarıstandan başqa, digər NATO ölkələri də Finlandiyanın üzvlüyünü ratifikasiya edib.

Türkiyənin Xarici Əlaqələr Komitəsi Finlandiyanın NATO-ya üzvlüyünü martın 23-də müzakirə etməlidir.