Türkiyənin Hakkari şəhərində separatçı terror təşkilatı PKK-ya qarşı davam edən “Eren Abluka Payız Qış-5 Şəhid '' əməliyyatı nəticəsində çox sayda silah-sursat ələ keçirilib.
SİA Türkiyə saytlarına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, əməliyyat çərçivəsində Kavaklı kəndi ərazisində aparılan axtarış fəaliyyətləri zamanı terrorçuların əsas silah anbarı kimi istifadə etdiyi sığınacaq aşkar edilib.
Sığınacaqda PKK/KCK terror təşkilatına məxsus çox sayda silah, sursat tapılıb.
Məlumatda ələ keçirilən silah və sursatın məhv edildiyi bildirilib.