Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini dəyişməyib

23 Mart 2023 16:58 (UTC+04:00)

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 8,5% səviyyəsində saxlayıb. SİA xəbər verir ki, bu barədə Bankın mətbuat xidməti məlumat yayıb.

“Biz inflyasiya və əlaqəli tendensiyalarda irəliləyişlər görürük. Eyni zamanda, zəlzələ nəticəsində yaranan tələb və təklif balanssızlığının inflyasiyaya təsiri diqqətlə izlənilir. Zəlzələdən sonra məşğulluq və sənaye artımına dəstək daha da vacib hala gəlib”, - Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir .