Volodimir Zelenski Xersona səfər edib

23 Mart 2023 16:25 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Xersona səfər edib. SİA xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.

“Xersonda işgüzar səfərdəyəm. Rusiyanın təcavüzü nəticəsində evlərə və sosial infrastruktur obyektlərinə ziyan dəymiş Posad-Pokrovski kəndindəyəm”, - deyə o qeyd edib.