Dünyanın ən yaxşı gənc məşqçilərinin siyahısı açıqlanıb

23 Mart 2023 12:21 (UTC+04:00)

Dünyanın ən yaxşı gənc məşqçilərinin adları açıqlanıb. SİA xəbər verir ki, “FourFourTwo” 40 yaşına çatmamış mütəxəssislər arasında seçim aparıb.

Portal Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Yulian Naqelsmannı ən yaxşı gənc mütəxəssis hesab edir. İkinci pillədə Portuqaliya “Sportinq”inə rəhbərlik edən Ruben Amorim qərarlaşıb. Belçika millisinə yenicə baş məşqçi təyin olunan Domeniko Tedesko ilk “üçlüy”ü qapayır.

1. Yulian Naqelsmann (“Bavariya”, Almaniya) – 35 yaş

2. Ruben Amorim (“Sportinq”, Portuqaliya) – 38

3. Domeniko Tedesko (Belçika millisi) – 37

4. Vensan Kompani (“Bernli”, İngiltərə) – 36

5. Mattias Yayssle (“Zalsburq”, Avstriya) – 34

6. Uill Still (“Reyms”, Fransa) – 30

7. Ueyn Runi (“Di Si Yunayted”, ABŞ) – 37

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çalışan ən gənc mütəxəssis Vüqar Əsgərlidir. “Şamaxı”nın baş məşqçisinin 39 yaşı var. “Sabah”ın baş məşqçisi Murad Musayevin də 40 yaşı bu ilin noyabrında tamam olacaq.