Seriala görə kanal cərimələndi

23 Mart 2023 12:15 (UTC+04:00)

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) “Kızılcık şerbeti” serialına görə Show TV-ni cərimələyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə RTÜK məlumat yayıb. Qeyd olunub ki, sözügedən ekran işində qadına şiddət təşviq edilir.

Bu səbəbdən də inzibati pul cəzası və 5 dəfə proqramın yayımını dayandırmaq barədə qərar verilib.