Ukraynada 1405-dən çox uşaq xəsarət alıb

23 Mart 2023 12:01 (UTC+04:00)

23 mart 2023-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1405-dən çox uşaq xəsarət alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumlar zamanı 465 uşaq ölüb, 940-dan çoxu yaralanıb.

Qeyd edək ki, martın 22-də Kiyevə “Şahed” pilotsuz uçuş aparatı ilə hücum edilib, 17 yaşlı yeniyetmə həlak olub.

Bundan başqa, martın 22-də Rusiyanın Zaporojye şəhərində yaşayış binalarına raket zərbəsi endirməsi nəticəsində 7, 8 və 9 yaşlı üç uşaq yaralanıb.