Qızılın qiyməti artıb

23 Mart 2023 11:54 (UTC+04:00)

Dünya bazarında qızılın qiyməti artıb. SİA xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 30,2 ABŞ dolları və yaxud 1,55 % bahalaşaraq 1 979,8 ABŞ dollarına satılıb.

Gümüşün isə may fyuçerslərinin qiyməti 1,54 % artaraq 23,1 ABŞ dolları/unsiya təşkil edib.