Məşhurların konsert qiymətləri açıqlanıb

23 Mart 2023 11:46 (UTC+04:00)

Ramazan bayramında səhnəyə çıxacaq məşhurların konsert ödənişləri açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, festivalda tək gecəlik səhnə alacaq Hadisə 2,5 milyon TL qonorarla siyahının başında yer tutub. 2 məkanda səhnəyə çıxacaq olan Gülşən və Ebru Gündəş də 3 milyon TL qazanacaq. Festivalda 2 gün konsert verəcək Linet isə səhnə haqqını 1,5 milyon TL olaraq təyin edib.