Bakıda Pakistan Günü qeyd olunub

23 Mart 2023 11:35 (UTC+04:00)

Bakıda Pakistan Günü qeyd olunub. SİA xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

“Bu gün ölkəmiz üçün çox önəmlidir, çünki pakistanlıların birləşdiyi gündür. 1956-cı il martın 23-də biz suverenlik əldə etdik və hər il bu günü dərin ehtiramla qeyd edirik”, - o bildirib.

Səfir vurğulayıb ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri mövcuddur.

O, həmçinin müxtəlif beynəlxalq platformalarda Pakistanı dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib:

“Qardaş ölkələrimiz beynəlxalq aləmdə həmişə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.