Ticarət mərkəzindən 1000 manatlıq oğurluq edilib

23 Mart 2023 11:28 (UTC+04:00)

Bakıda ticarət mərkəzindən 1000 manatlıq geyim əşyaları oğurlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1 000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.