Moldovanın dövlət dili dəyişdi

23 Mart 2023 11:10 (UTC+04:00)

Moldova Prezidenti Maya Sandu dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Sandu özünün "Facebook" hesabında yazıb.

"Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Sandu bildirib.

Bundan əvvəl parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib.

Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Qanun layihəsi birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb.

Qanun layihəsinə əsasən, “Moldova dili” sözləri “rumın dili” ilə əvəz edilir. Moldovanın məktəb və universitetlərində rumın dili tədris edilir. Kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız rusların nəzarəti altında olan Dnestryanı bölgədə tədris olunur.