ÜST vəba xəstəliyinin yayılma riskini çox yüksək qiymətləndirir

23 Mart 2023 10:20 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin dünyada yayılma riskini çox yüksək qiymətləndirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-ün epidemioloji bülletenində deyilir.

Bildirilib ki, martın 20-nə olan məlumata görə, 24 ölkədə vəba xəstəliyinə yoluxma ilə bağlı yeni hallar qeydə alınıb.

“Əvvəlki bülletenin dərc edildiyi 2023-cü il fevralın 11-dən bəri dünyada vəba xəstəliyinin yayılması ilə bağlı qlobal vəziyyət pisləşib. Dörd yeni ölkədə bu xəstəliyin yayılması barədə məlumat verilib”.