Boris Conson 3 saat sorğu-suala tutulub

23 Mart 2023 10:12 (UTC+04:00)

Britaniyanın sabiq baş naziri Boris Conson istefasına səbəb olan əyləncə mərasiminə görə parlamentin birgə komissiyasında sorğu-sual edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 3 saatlıq sorğu-sual zamanı Conson koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimində əyləncə mərasimi təşkil etdiyini və COVID qaydalarına riayət etmədiyini etiraf edib. Ancaq o, İncilə əlini basaraq parlamentdə deputatları qəsdən aldatmadığını bildirib.

Qeyd edək ki, komissiya sorğu-sualdan bir müddət sonra Consonla bağlı qərarını verəcək və bu qərar onun gələcək siyasi həyatına təsir edəcək.

Xatırladaq ki, Conson ad günü münasibətilə 19 iyun 2020-ci ildə Baş nazirin iqamətgahında əyləncə mərasimi keçirib. O, tədbirdə Covid qaydalarına əməl etmədiyinə görə cərimələnib. Daha sonra istefa vermək məcburiyyətində qalıb. Conson Britaniya tarixində qanunu pozan ilk baş nazir kimi tarixə düşüb.