ABŞ İnstitutu Rusiya-Ukrayna müharibəsi ilə bağlı məlumat yayıb

23 Mart 2023 10:02 (UTC+04:00)

“Rusiya ordusu Ukrayna ərazisində hücum əməliyyatları ilə bağlı prioriteti ciddi şəkildə dəyişib”. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

“Rusiya ordusu Baxmut yaxınlığında hücum əməliyyatını əhəmiyyətli dərəcədə ləngidib və əvəzində səylərini digər istiqamətlərə, xüsusən də Avdeyevka bölgəsinə yönəldib”, - ABŞ institutunun ekspertləri hesab edirlər.

Bildirilib ki, Rusiya qoşunları indi Avdeyevkanı mühasirəyə almaq üçün bu yaşayış məntəqəsi ətrafında hücum əməliyyatlarının sürətini artırır.