Xaçmazda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib

23 Mart 2023 09:38 (UTC+04:00)

Xaçmazda fərdi evdə yağın olub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 196 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 kvadratmetr sahədə yanıb.

“Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə nazirlikdən bildirilib.