Oqtay Əliyev dəfn olunur

23 Mart 2023 09:26 (UTC+04:00)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin bu gün dəfn ediləcəyi məlum olub. SİA-ya daxil olan məlumata görə, mərhumun sənət dostları, qohumları, ailə üzvləri onunla vidalaşmaq üçün mənzilindədir.

Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında Abşeron rayonu ərazisində baş verib.

Belə ki, O.Əliyevin idarə etdiyi "Toyota Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə baş verdiyi zaman avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarətlər alıb.