Ukraynada partlayış baş verib

23 Mart 2023 09:31 (UTC+04:00)

Rusiyanın işğalı altında olan Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində partlayış səsləri eşidilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “şəhər administrasiyası” məlumat yayıb.

Partlayışın təfərrüatı barədə məlumat verilməyib, "şəhər administrasiyası" sakinləri sakitliyi qorumağa çağırıb.