Ukraynaya yardıma nəzarətlə bağlı dinləmələr keçiriləcək

23 Mart 2023 09:08 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Ukraynaya yardıma nəzarətlə bağlı dinləmələr keçirəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, komitə sədri Maykl Makkol martın 29-da “Ukraynaya yardıma nəzarət, şəffaflıq və hesabatlılıq” mövzusunda dinləmələrin keçiriləcəyini açıqlayıb.

Dinləmələr çərçivəsində Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nəzarət strukturlarının hesabatları açıqlanacaq.