Azərbaycanın U-17 millisi Qazaxıstan yığmasına qalib gəlib

23 Mart 2023 08:21 (UTC+04:00)

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. SİA xəbər verir ki, Bosniya və Herseqovinada keçirilən oyunda millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Matç 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Oyunda qolları Ayşən Salamzadə və Aydan Həsənova vurublar.

Millimiz qrupda növbəti oyununu martın 25-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.