Antonio Espinos növbəti dəfə Avropa Karate Federasiyasının prezidenti seçilib

23 Mart 2023 02:25 (UTC+04:00)

Antonio Espinos növbəti dəfə Avropa Karate Federasiyasının (EKF) prezidenti seçilib. SİA xəbər verir ki, bu barədə EKF-nin rəsmi saytı məlumat yayıb.

Yetmiş altı yaşlı Espinosun prezidentliyi İspaniyanın Qvadalahara şəhərindəki konqresdə yekdilliklə qəbul edilib.

Antonio Espinos 1997-ci ildən Avropa Karate Federasiyasına rəhbərlik edir.