Tacikistanda güclü zəlzələ baş verdi

23 Mart 2023 05:37 (UTC+04:00)

Çərşənbə günü Tacikistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 10,7 min nəfərin yaşadığı Rəştdən 51 km şimal-qərbdə yerləşib. Mənbə 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.