“Qarabağ" - "Qalatasaray" oyununu yayımlayacaq kanallar bilindi

23 Mart 2023 02:17 (UTC+04:00)

"Qarabağ" və “Qalatasaray" arasında keçiriləcək xeyriyyə oyununun Türkiyədə hansı telekanal vasitəsilə yayımlanacağı bəlli olub. SİA-nın əldə etdiyi məlumata görə, sözügedən görüş qardaş ölkədə “Haber Global” vasitəsilə nümayiş etdiriləcək. Azərbaycanda isə matç “CBC Sport”da efirə veriləcək.

Qeyd edək ki, martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyundan əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.